Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı

Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
12 Mar 2020 16:34

Bakı məktəblərinin I sinfinə 9831 uşaq elektron sistemdə (www.mektebeqebul.edu.az) qeydiyyatdan keçib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu rəqəm bu gün saat 13:00-a olan məlumatdır.

2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan 24 722 uşağın I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da, paytaxt üzrə I sinfə ümumilikdə 34 553 uşaq elektron qeydiyyatdan keçib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.

2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən etibarən təşkil olunacaq.

Elektron sistem vasitəsilə özü qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstərir.

Qeyd edək ki, bu ildən ölkə üzrə ümumi təhsil müəssisələrində I sinfə şagird qəbulu elektron qaydada həyata keçirilir. I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.