Yeni ən güclü smartfon açıqlanıb

Yeni ən güclü smartfon açıqlanıb
12 Mar 2020 13:18

Asus ROG” seriyalı smartfon ilk dəfə yeni “Snapdragon 865 Plus” prosessoru ilə təchiz ediləcək. Bu barədə Çinin “MyDrivers” nəşrinin məlumatında deyilir.

Realpress.az  “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Asus ROG Phone 3” oyun smartfonu “Qualcomm” şirkətinin yeni mobil prosessoru ilə təchiz ediləcək ilk qurğu olacaq. İnsayderlərin fikrincə, bu, “Asus” telefonuna bazarın ən güclü qurğusu olmağa imkan verəcək. “Snapdragon 865 Plus” prosessoruna “ROG Phone 3” ilə yanaşı, digər “Android” smartfonları malik olacaq.

 

Bildirilir ki, “Snapdragon 865 Plus” 7 nanometrlik “TSMC” texnoloji prosesindən istifadə edilməklə “Kryo 485” nüvələri üzərində qurulacaq və “Adreno 645” qrafik prosessoru ilə təchiz ediləcək. Jurnalistlər qeyd edib ki, yeni çip üzərində işləyən smartfon konseptləri populyar “AnTuTu” saytında 600-dən çox bal toplayıb.

 

Nəşrin məlumatına görə, “Asus” oyun seriyasının aktual “ROG Phone 2” smartfonu “Snapdragon 855 Plus” prosessoru ilə təchiz edilən ilk qurğu olub. “Asus ROG Phone 3” smartfonunun təqdimatı bu ilin üçüncü rübündə gözlənilir.

 

2019-cu ilin dekabrında “Asus ROG Phone 2” smartfonu, “AnTuTu” saytının versiyasına görə, bazarın ən güclü smartfonu seçilib. Qurğu sintetik avadanlıq sınaqlarında rekord 496 min bal toplayıb. Həmçinin ən məhsuldar qurğular siyahısına “OnePlus 7 Pro”, “7T”, “7T Pro”, “Realme X2 Pro”, “Xiaomi Redmi K20 Pro”, “Asus ZenFone 6”, “Samsung Galaxy Note 10 ” və “Note 10 5G” daxil olub.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.