Multiçipli “Micron” yaddaşı smartfonların məhsuldarlığını və avtonom işləmə müddətini yüksəldir

Multiçipli “Micron” yaddaşı smartfonların məhsuldarlığını və avtonom işləmə müddətini yüksəldir
12 Mar 2020 12:12

Avtonom işləmə müddəti mobil qurğularda əsas parametrlərdən biridir. Bu, beşinci nəsil şəbəkələrinin istifadəyə verilməsi ilə əlaqədar daha aktualdır, çünki “4G” ilə müqayisədə “5G” üçün daha çox enerji lazımdır. Bu səbəbdən ABŞ-ın “Micron” şirkəti öz yeni yaddaş modulunun hazırlanması vaxtı yalnız buraxılış qabiliyyətinin artırılmasını deyil, həm də enerji səmərəliliyini nəzərə alıb.

 

Realpress.az “4pda.ru” saytına istinadən yazır ki, “Micron” şirkəti artıq enerjiyə qənaətcil “DDR5” (LPDDR5) əməli yaddaşı, UFS daşıyıcı və kontrolleri birləşdirən multiçipli “uMCP” paketlər istehsalına başlayıb. 297 kontaktdan ibarət bir belə miniatür korpusun daxilində 12 QB LPDDR5 əməli yaddaşı və 256 QB 96 qatlı “3D NAND” fləş yaddaşı yerləşdirilib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yığcam belə həldir. Nəticədə smartfonun daxilində başqa vacib komponentlər üçün boş yer yaranır.

 

İkikanallı LPDDR5 yaddaşının buraxılış qabiliyyəti 6400 Mbit/s təşkil edir ki, bu da əvvəlki nəsil həllərlə müqayisədə 50% çoxdur.

 

İstehsalçının sözlərinə görə, yeni yaddaş orta sinif nazik və yığcam smartfonlar üçün nəzərdə tutulub.


2 Sent 2020
Şou-biznes

İbrahim Tatlısəs yenidən ekranlara qayıdır

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs yenidən teleməkana qayıtmaq qərarını verib.

18 Avq 2020
Şou-biznes

“Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum oldu

“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.

11 Avq 2020
Şou-biznes

Boşanma xəbəri yayılan Aynişan BİZNESƏ BAŞLADI

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva biznesə başlayıb.

17 İyul 2020
Şou-biznes

Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Emin Ağalarov “Instagram” hesabında son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotolarını paylaşıb.