“Vivo” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayır

“Vivo” şirkəti “6G” rabitəsi sahəsində tədqiqatlara başlayır
12 Mar 2020 11:28

Dünyanın ən böyük smartfon tədarükçülərindən biri Çinin “Vivo” şirkəti altıncı nəsil mobil rabitə texnologiyaları (6G) sahəsində tədqiqatlara başlayır.

 

Realpress.az  “3DNews” resursuna istinadən yazır ki, hazırda kommersiya beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) bazarı yenicə təşəkkül tapır. “5G” nəzəri baxımdan 20 Qbit/saniyə sürətində buraxılış qabiliyyətini təmin edə bilsə də, belə sürət hələ ki əlçatmaz görünür.

 

Bununla belə, əksər elmi təşkilatlar və aparıcı telekommunikasiya şirkətləri artıq “6G” sahəsində tədqiqatların aparılmasına başlayıb. Bu dəfə müvafiq təşəbbüslə “Vivo” tədqiqat institutunun rabitə sahəsində rəhbəri Tsin Fey çıxış edib.

 

Onun sözlərinə görə, “Vivo” tərəfindən əməkdaşları “6G” sahəsində tədqiqatların və işləmələrin aparılması ilə məşğul olacaq xüsusi komanda formalaşdırılıb. Bölmə Çinin və xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı fəaliyyət göstərəcək.

 

Proqnozlara görə, “6G” şəbəkələri məlumatları 1 Tbit/saniyə sürətində ötürməyə imkan verəcək ki, bu da keyfiyyətcə yeni servislərin yaranmasına səbəb olacaq. İlk altıncı nəsil rabitə sistemlərinin 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.