Naxçıvanda Milli Teatr Günü qeyd olunub

Naxçıvanda Milli Teatr Günü qeyd olunub
11 Mar 2020 11:08

Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Teatr binaları yenidən qurularaq istifadəyə verilir, qastrol səfərləri genişləndirilir.

Realpress.az Naxçıvan bürosu xəbər verir ki, bu barədə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbirdə ətraflı danışılıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, bu gün qədim diyarımızda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı klassik və çağdaş dramaturgiyanın dəyərli nümunələri, dünya klassiklərinin əsərləri əsasında hazırlanmış tamaşaları səhnəyə qoymaqla tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.

Qeyd edilib ki, müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı da bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı bu baxımdan yüksək qiymətə layiqdir.

Diqqətə çatdırılıb ki, muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Nazir Naxçıvanda teatr sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını ifadə edib, teatrsevərlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Nəbi Xəzrinin “Burla xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub.


25 May 2020
Mədəniyyət

Əbülfəs Qarayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA

“Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”

21 May 2020
Mədəniyyət

Vladimir Putin Çingiz Abdullayevi təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romanların müəllifi Çingiz Abdullayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

15 May 2020
Mədəniyyət

Polad Bülbüloğlunun qardaşı vəfat etdi

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov vəfat edib.

3 May 2020
Mədəniyyət

Polad Bülbüloğlu Moskvada “Dostlar üçün axşam” yubileyinə dəvət edir - VİDEO

İctimaiyyətin sevimlisi, SSRİ və Azərbaycanın görkəmli estrada müğənnisi və bəstəkarı Polad Bülbüloğlu pərəstişkarlarını Moskvada bir araya toplayacaq.

23 Mar 2020
Mədəniyyət

Əbülfəs Qarayev: Virtual layihələr də artıq hər kəs üçün əlçatandır

 nazir müraciətində bildirib ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyati önəm kəsb edən addımlar atılır.