15 və 29 martda keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salındı

15 və 29 martda keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salındı
10 Mar 2020 12:32

15 mart 2020-ci il tarixində Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, 29 mart tarixində isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün keçirilməsi nəzərdə tutulan qəbul imtahanı təxirə salınıb.

Məlumatlara görə, buna səbəb koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsidir.

Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən bir həftə öncə elan olunacaq.

11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq.

Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

“Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.