Bu gün Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür

Bu gün Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür
10 Mar 2020 11:15

Hicri təqvimlə Rəcəb ayının 15-i (bu il martın 10-u) Xanım Zeynəbin (s.ə) vəfat günüdür.

Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir.

Məlumata görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.

Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı…

Artıq o vaxt idi ki, Muhəmmədin(s) reyhanı İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı.

Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.

Həzrət Zeynəb (sə) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra -  hicrətin 62-ci ilində Şamda vəfat edib.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.