Telefon və kompüterlərin beyin üçün təhlükəsi açıqlanıb

Telefon və kompüterlərin beyin üçün təhlükəsi açıqlanıb
10 Mar 2020 10:43

Yaponiya alimləri smartfon və kompüterlərdən çox istifadənin beyinin yorulması ilə nəticələnərək marazm və depressiyanın inkişafına səbəb olacağı qənaətinə gəliblər.

 Realpress.az “Lenta” resursuna istinadən yazır ki, “Okumura” yaddaş klinikasının direktoru Ayumi Okumuranın sözlərinə görə, son illər yaddaş pozğunluğu diaqnozu qoyulan insanların sayı artıb. Bu problem daha çox 30-60 yaşlı xəstələr arasında aşkarlanıb.

 

Həkim bu tendensiyanı insanların beyinə mənfi təsir göstərərək onu böyük həcmli informasiya ilə yükləyən telefon və kompüterlərdən çox istifadə etməsi ilə izah edib. Onun sözlərinə görə, insan beyini bu həcmin emalının öhdəsindən gələ bilmir.

 

Alim neyrocərrah, Vaseda Universitetinin professoru Yesikuni Edaqava qeyd edib ki, beyində informasiyanın tənzimlənməsi, eləcə də düşüncə, qərarların qəbul olunması, yaddaş və emosiyalara nəzarət üçün alın payında ön qabıq məsuliyyət daşıyır. Bu səbəbdən informasiya çox olan zaman bu funksiyaların fəaliyyəti pozula bilər. Beləliklə, sadə səhvlərin sayı artır, öyrənmə səviyyəsi azalır, ümidsizlik və qəzəb əmələ gəlir, eləcə də motivasiya və maraq itir.

 

Alimlər tərəfindən kompüterdə işləyərkən və ya televizora baxarkən, eləcə də qida qəbulu zamanı smartfonlardan istifadə etməmək tövsiyə edilir. Bundan başqa, daha çox yatmaq məsləhət görülür, çünki yuxu zamanı beyin dincəlir və bərpa olunur.


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.