İnformasiya təhlükəsizliyi avadanlığı bazarında 21% artım qeydə alınıb

İnformasiya təhlükəsizliyi avadanlığı bazarında 21% artım qeydə alınıb
07 Mar 2020 11:20

“International Data Corporation” (IDC) analitik şirkəti informasiya təhlükəsizliyinin təmini üçün avadanlıq bazarında keçirdiyi araşdırmanın bəzi nəticələrini təqdim edib. 2019-cu ilin dördüncü rübündə bu qurğuların tədarük həcmi 1,3 milyon (4,8 milyard dollar) təşkil edib.
 Reakpress.az dailycomm.ru” saytına istinadən yazır ki, “IDC”nin məlumatına görə, 2019-cu ilin dördüncü rübündə veb təhlükəsizliyin təmini və messencerlərin müdafiəsi üçün avadanlığın tədarük həcmi 3 ay və ötən illə müqayisədə müvafiq olaraq 6,8% və 24,6% artıb. Müdaxilənin aşkar edilməsi və qarşısının alınması sistemləri seqmentlərində, həmçinin hibrid VPN həlləri və IPsec VPN-də azalma qeydə alınıb.
 
Həmçinin araşdırmada informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş ən böyük qurğu istehsalçılarının reytinqi göstərilir. Bazarın lideri 2019-cu ilin son üç ayının nəticəsinə görə belə avadanlıqların satışından 757,5 milyon dollar qazanmış “Cisco” şirkətidir. “IDC” şirkəti ABŞ-ın “Cisco” şirkətinin bazar payını 15,8% səviyyəsində qiymətləndiriblər.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.