Qiyməti 200 dollardan aşağı olan 90 herslik ekrana malik smartfon təqdim edilib

Qiyməti 200 dollardan aşağı olan 90 herslik ekrana malik smartfon təqdim edilib
06 Mar 2020 17:48

Çinin “Realme” şirkəti iki yeni smartfonunu (“Realme 6” və qabaqcıl “6 Pro”) təqdim edib.

 Realpress.az “vesti.ru” saytına istinadən yazır ki, “Realme 6” aparatı smartfonlar bazarında ekranın yenilənmə tezliyi 90 Hs təşkil edən və qiyməti 200 dollardan aşağı olan yeganə smartfondur. Belə ki, şəkil sözügedən aparatın 6,5 düymlük ekranında (Full HD ) “Samsung Galaxy S10” smartfonunda olduğu kimi hamar şəkildə dəyişəcəkdir. "6 Pro" modeli 6,6 düymlük displeylə təchiz edilib.

 

Hər iki aparatda barmaq izləri skaneri kənar tərəfdə yerləşdirilib.

 

Hər iki model 64 meqapiksellik “Samsung GW1” obyektivindən ibarət kvadrokamera, 8 mp-lik genişbucaqlı və 2 mp-lik makroçəkiliş üçün modulla təchiz ediliblər. Sadə model portretlər üçün 2 meqapiksellik ağ-qara sensor, amma “6 Pro”da 12 mp-lik teleobyektiv var. 16 meqapiksellik selfi kamera var, ancaq böyük modeldə əlavə olaraq 8 mp-lik genişbucaqlı obyektiv də nəzərdə tutulub.

 

“Realme 6 Pro” modeli “Qualcomm Snapdragon 720G” çipi, 6/8 QB əməli yaddaş və 256 QB-dək daşıyıcı ilə təchiz edilib. Sadə model “MediaTek Helio G90T” prosessoru, 4/8 QB əməli yaddaş və 128 QB-dək daxili yaddaşla təchiz edilib. Hər iki model 30 vatt gücündə “VOOC 4.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4300 milliamper/saat tutumlu akkumulyatorlarla təchiz edilib.


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.