Məşhur aparıcı Azərbaycan əsilli imiş

Məşhur aparıcı Azərbaycan əsilli imiş
05 Mar 2020 10:45

"Peopletalk TV" Yutub kanalında yayımlanan "Lüdi qovoryat" ("İnsanlar danışır") layihəsinin növbəti qonağı Rusiyanın "Birinci kanal"ının aparıcısı, futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Yuliya Baranovskaya olub.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, müsahibəsi zamanı Azərbaycan köklərinin olması barədə danışıb. Aparıcı bu barədə bir neçə il əvvəl, Yelena Malışevanın "Zdorovye" ("Sağlamlıq") proqramında genetik test keçdikdən sonra öyrənib. Məlum olub ki, onun genetik doğmaları Azərbaycanda da yaşayır.

Yuliya Baranovskaya, həmçinin Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı barədə də danışıb. Aparıcı qeyd edib ki, tədbir onun üçün xüsusi önəm kəsb edir. "Birinci kanal"ın ulduzu festivalın aparıcılarından biridir və, onun sözlərinə görə, o, özünü evindəki kimi hiss edir.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.