Bu ölkələr maska ixracına qadağa qoydu

Bu ölkələr maska ixracına qadağa qoydu
04 Mar 2020 12:45

Rusiya və Türkiyə koronavirusa qarşı istifadə olunan maskaların və tibbi ləvazimatların ixracına qadağa qoydu.

Rusiya baş naziri Mixail Mişustin iyunun 1-dək koronovirusa qarşı istifadə olunan tibbi maskalara və digər zəruri tibbi ləvazimatların ölkədən çıxarılmasını qadağan edən fərman imzalayıb.

Realpress.az “lenta”ya istinadən xəbər verir ki, bu barədə sənəd  hökumətin rəsmi saytında yerləşdirilib.

İmzalanan sənədə əsasən digər  qoruyucu respiratorların, eynəklərin, aerozol filtirli maskaların, kimyəvi qoruyucu kombinezonların, kostyumların, ayaqqabı örtükləri, maskalar, sarğı bintlərinin, tibbi pambıqların, tənziflərin, əlcəklərin, xaltların, virusa qarşı  dezinfeksiyaedici vasitələrin  ölkədən çıxarılmasına məhdudlaşdırılması öz əksini tapıb.

Anaoloji qərar Türkiyədə də qəbul edilib. Türkiyə Ticarət nazirliyinin yaydığı məlumata görə, yuxarıda açını çəkdiyimiz  qoruyucu maskaların, eynəklərin, cərrahi maskaların, tibbi əlcəklərin və sair tibbi ləvazimatların  ölkədən çıxarılması məhdudlaşdırılıb.
Ölkədən çıxarılması qadağan olunan  tibbi ləvazimatların siyahısı artıq Türkiyənin “Resmi” qəzetində çap olunub. 

Bildirilir ki, koronavirusun yayıldığı ölkələrdə infeksion xəstəliklərdə istifadə olunan qoruyucu maskalara təlabat çox olduğundan qıtlıq yarana bilər. Odur ki, hər ölkə öz tələbatını ödəmək məqsədi ilə bu tibbi ləvazimatların ixracına müvəqqəti olaraq  məhdudiyyət qoyub.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.