Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi Avropada təhsil alacaq

Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi Avropada təhsil alacaq
04 Mar 2020 12:40

Bakı Ali Neft Məktəbinin 8 tələbəsi Erasmus+ proqramı çərçivəsində Bolqarıstanın Angel Kançev adına Ruse və Yunanıstanın Qərbi Attika universitetlərində 1 semestr müddətinə təhsil alacaq. Tələbələrin tədris müddəti fevral - iyun tarixlərini əhatə edəcək. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avropada təhsil alacaq tələbələr və onların valdeynləri ilə görüşüb.

Universitetdən Realpress.az-a verilən məlumata görə, rektor Erasmus+ proqramı çərçivəsində seçilmiş tələbələri təbrik edib və onlara qarşıdakı semestr ərzində uğurlar diləyib. O, həmçinin 1 semestrlik müddəti faydalı keçirməyi, yeni bilik və bacarıqlar əldə etməyi, Avropa universitetlərinin təşkil etdiyi tədbirlərdə fəal iştirak etməyi, əcnəbi tələbələrlə əlaqələrin qurulmasını, ölkəmizin, eləcə də Ali Məktəbin adını yüksək səviyyədə təmsil etməyi tələbələrə tövsiyyə edib. E.Qasımov bildirib ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın "Angel Kançev" adına Ruse universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov isə Yunanıstanın Qərbi Attika universitetində təhsil almaq imkanı əldə ediblər.

"Ümumilikdə, 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin Erasmus + proqramı çərçivəsində təhsillərini Avropada davam etdirilməsi nəzərdə tutulub. Onlardan 7-si yanvar ayından İspaniyanın Alkala Universitetində təhsil alır"- deyə rektor qeyd edib.


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.