Ayağı əzilən Madonna yenə konsertini təxirə saldı

Ayağı əzilən Madonna yenə konsertini təxirə saldı
04 Mar 2020 11:05

"Madame X Tour" dünya turu çərçivəsində Fransada keçirilən konserti zamanı stuldan yıxılan müğənni Madonna növbəti konsertlərini ləğv edib.

Realpress.az axşam.az-a istinadən bildirir ki, ayağı əzilən 61 yaşlı ifaçı bu barədə İnstaqram səhifəsində yazıb:

"Bu da mən. Ətdən və qandan yaradılmış varlıq. Əgər dizlərimiz bükülməsəydi, qığırdaqlarımız cırılmasaydı, heç bir zədə dəyməsəydi gözyaşlarım heç vaxt axmazdı. Təəssüf ki, bu baş verir. Yaşayan varlıq olduğumuzu bizə xatırlatdığı üçün Allaha təşəkkür edirəm. Bir neçə gün istirahət etməliyəm ki, konsert turunu üzümdə təbəssümlə başa vura bilim. Anlayışınız üçün təşəkkür edirəm".

Qeyd edək ki, müğənni tur çərçivəsində 76 konsert verməlidir. O, artıq bir neçə dəfə konsertini təxirə salıb.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.