Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb
27 Fev 2020 17:25

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çinin sosial şəbəkələrinə istinadən “Xiaomishka” blogerinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Twitter” istifadəçisi “Weibo” şəbəkəsində dərc edilən “Black Shark 3” reklam videoçarxına diqqət yetirib. Videoda “Xiaomi” şirkəti tərəfindən “Black Shark 3” smartfonunun sensor ekranının işləmə sürətinin və reaksiya vermə vaxtının rəqib modellərin analoji göstəriciləri ilə müqayisəsi aparılıb. Test xüsusi avadanlıq və “PUBG” oyunu vasitəsilə həyata keçirilib. Videoçarxa görə, “Black Shark 3” smartfonu istifadəçi hərəkətlərinə “iPhone 11 Pro”, “OnePlus 7T Pro”, “Oppo Reno Ace” və “Asus ROG 2” modellərindən daha sürətli reaksiya verir.

 

Bildirilir ki, “Xiaomi Black Shark 3” ən güclü proqram təminatı ilə təchiz ediləcək: “Snapdragon 865” prosessoru, “LPDDR5” standartlı 16 giqabaytlıq operativ yaddaş və 65 vatlıq sürətli enerji doldurmanı dəstəkləyən 5 min milliamper/saat tutumlu akkumulyator.

 

Qeyd olunur ki, smartfon, həmçinin 270 giqahers takt tezlikli sensor qatlı ekrana malikdir. Bir barmaqla toxunuş zamanı displeyin reaksiyasının yubanma vaxtı 24 millisaniyə, iki barmaqla isə 28 millisaniyə təşkil edir. Ekranın yenilənmə tezliyi 120 giqahersə bərabərdir.

 

Məlumat üçün qeyd edək ki, “Black Shark” oyun həvəskarları üçün nəzərdə tutulan və yüksək məhsuldarlığı ilə seçilən “Xiaomi” smartfonlar seriyasıdır. Qurğular seriyasının buraxılışına 2018-ci ildə başlanılıb. Hazırda “Black Shark” ayrıca bölmə kimi fəaliyyət göstərir. Seriyaya aid sonuncu qurğu 2019-cu ilin martında işıq üzü görən “Black Shark 2” smartfonu olub.

 

“Black Shark 3” smartfonunun təqdimatı martın 3-nə planlaşdırılır. Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.