Məhşur müğənnini oğurlayaraq işgəncə verdilər

Məhşur müğənnini oğurlayaraq işgəncə verdilər
27 Fev 2020 12:45

Realpress.az” xəbər verir ki, müğənni Duffy bunun səbəbləri  barədə öz İnsragram səhifəsində yazıb.

 “Mersy” xitinin ifaçısı deyib ki, onu zorla  saxlayıb, işgəncə verərək, məcburi narkotik qəbul etdiriblər. “Əlbəttə ki, sağ qaldım. Bərpa olunmağım zaman aldı.Başıma gələnlər barədə danışmaq elə də asan deyil. Sadəcə onu etiraf edə bilərəm ki, son onilliklərdə minlərlə  gün itirdim ki, yenidən ürəyimdə   həyat işığı parlasın. İndi o parlayır”- müğənni qeyd edib.

Aktrisa hadisənin nə zaman baş verdiyini və kimlər tərəfindən oğurlandığı barədə də  bir söz deməyib.

Müğənni onu da əminlikə  bildirib ki, hazırda  təhlükəsiz şəraitdə yaşayır.

Duffy  bildirib ki, ötən ilin yayında bir jurnalist onunla  görüşərək başına gələn əhvlatlar barədə ona müsahibə verib: “Həmin müsahibə  yaxın vaxtlarda çıxacaq  və orada  yoxa çıxmasının detalları açıqlanacaq”.

Duffy 2000-ci illərin sonunda  populyarlaşıb. O  “Mercy”, “Warwick Avenue”, “Rain On Your Parade” və “ Stepping Stone” xit mahnıları ilə məhşur olub. 2009-cu ildə onun “Rockferry” albomu “Qremmi” ən yaxşı pop albom kimi dəyərləndirilib.