“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib
27 Fev 2020 10:59

SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin həyata keçirilməsi üçün Los-Ancelesin liman ərazisində yerləşən azad torpaq sahəsində tədqiqat və istehsal kompleksinin inşasına icazə verilib. “ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, Los-Anceles Şəhər Şurası obyektin tikintisinə yekdilliklə səs verib. Bildirilir ki, obyektdə fəaliyyət tədqiqat, layihələndirmə və kosmik gəmilər üçün komponentlərin hazırlanması ilə məhdudlaşacaq. Yaradılan kosmik aparatlar liman kompleksindən barj və gəmi vasitəsilə kosmodroma göndəriləcək. Hakimiyyətin qərarı “SpaceX” şirkətinə Terminal adasında tədqiqat və istehsal kompleksinin tikintisi üçün 1,7 milyon dollar məbləğində illik icarə haqqı ilə 1,5 akr (5 hektar) torpağı icarəyə götürməyə imkan verəcək. Qərarda, həmçinin icarəyə götürülən sahənin 19 akradək (7,7 hektar) genişləndirilməsi nəzərdə tutulur.Realpress.az
18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.