Uşağınızda bu simptomlar varsa, məktəbə buraxmayın - XƏBƏRDARLIQ

Uşağınızda bu simptomlar varsa, məktəbə buraxmayın - XƏBƏRDARLIQ
26 Fev 2020 17:35

Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb.

Bu gün Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə koronavirusla bağlı müvafiq tapşırıqlar verib.

Sputnik.az-ın məlumatına görə, Nazirliyin tapşırığında deyilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan, Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

"Qeyd olunan vəziyyət nəzərə alınaraq ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi tapşırılıb. Həmçinin ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, tibb otaqlarının zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması da tapşırıqlar sırasındadır. Ümumi təhsil müəssisələrində aidiyyətli qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması da bu siyahıya daxildir", - deyə Nazirlikdən agentliyimizə bildirilib.

Bəs, görəsən, bu tapşırıqlar ümumtəhsil müəssisələrində koronavirusun qarşısını almaq üçün yetərlidirmi?

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məktəblilərin koronavirusa yoluxmasının qarşısını almaq üçün imzalanan bu qərarın vacib olduğunu deyib. Amma baş pediatr bildirir ki, bunlarla yanaşı ehtiyatı da əldən vermək olmaz:

"Məktəblərdə sanitar-gigiyenik vəziyyətə həmişə əməl olunmalıdır. Çünki məktəblər uşaqların ən çox kompakt cəmləşdiyi müəssisədir. Şagirdlər günün bir hissəsini təhsil müəssisəsində keçirir, öz yoldaşları ilə ünsiyyətdə olurlar. Bu baxımdan əllərin daim təmiz saxlanılması vacib şərtdir. Əl daha tez çirklənir və virus əl vasitəsilə keçir".

N.Quliyev məktəblərdə ən başlıca profilaktik tədbirin xəstə uşaqların məktəbə buraxılmaması olduğunu söyləyir: "Məktəblərdə tibb bacıları mütləq şəkildə vizual nəzarət aparmalıdırlar. Hərarəti olan, halsız, öskürüb-asqıran uşaqlar məktəbə buraxılmamalıdır. Əks halda digər şagirdlərin yoluxması mümkündür. Viruslar əsasən hava-damcı və təmas yolu ilə keçir. Amma bununla belə virusdan tam qorunmaq mümkün deyil. Koronavirusla bağlı Çinin təcrübəsi göstərdi ki, körpə uşaqlar bu virusu yüngül adladır. Bununla belə tam əmin olmaq olmaz. Koronavirus Azərbaycanda qeydə alınmasa da, məktəblilərin səhhəti daim evdə valideyn, məktəbdə tibb bacıları tərəfindən nəzarətdə saxlanılmalıdır".

Realpress.az

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.