Baş ağrısını sakitləşdirməyin 7 təbii vasitəsi

Baş ağrısını sakitləşdirməyin 7 təbii vasitəsi
25 Fev 2020 13:34

Son illərdə ağrı kəsicilərə olan tələblər çoxaldığına görə insanlar təbii vasitələrə üstünlük verir.

Realpress.az xəbər verir ki, ağrı kəsici dərman vasitələri olmadığı halda da ağrıları sakitləşdirmək mümkündür. Xüsusilə də baş ağrısına müsbət təsir edəcək yeddi vasitəni təqdim edirik.

Baş ağrısı zamanı alın və gicgahlara buzla soyuq kompress olunarsa damarlar soyuğun təsiri ilə daralar. Buz baş ağrısını sakitləşdirər. 

Həkimlər baş və miqren ağrıları zamanı bəzi nöqtələrə masaj etməklə ağrının sakitləşəcəyini bildiriblər. Həmin nöqtələr bunlardır:
Hər iki qaş ilə burunun yuxarı hissəsi.
 Alnın tam ortası.
Boyunda sümüklərin birləşdiyi hər iki tərəf.
Hər iki gicgah.

Ağrı zamanı başı tənziflə sarıyaraq damarları sıxıb ağrını tamamilə sakitləşdirmək mümkündür. 

Şiddətli baş ağrısı olan insanlar səs və işıqdan narahat ola bilirlər. Buna görə də ağrı zamanı səs-küylü yerlərdən uzaq olmaq məsləhətlidir. 
Yuxusuzluq baş ağrısına pis təsir edən başlıca amillərdəndir. Məhz buna görə də 7 saatdan az və 9 saatdan çox olmayaraq yatmaq lazımdır. Eynilə baş ağrıyan zaman da sakit və qaranlıq otaqda yuxuya getməyə çalışmaq lazımdır. 

Açıq havada orta templə gəzmək ağrını sakitləşdirməyə kömək edir. Açıq havada gəzərkən insan orqanizmində təbii endorfin adlanan ağrıkəsici ifraz olunur. 

Tez-tez baş ağrısı yaşayanlar lazım olan miqdarda su içərlərsə ağrıları azalar. Su içmək ağrının qarşısını alır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.