“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib

“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib
25 Fev 2020 09:15

"Google" şirkəti "Google Play" proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 600 mobil tətbiqi silib. Ümumilikdə qaydanı pozan proqramlar 4,5 milyard dəfədən çox yüklənilib.

Realpress.az ictnews.az-a istinadən bildirir ki, "Google"un maşın təliminə əsaslanan yeni sistemi qaydanı pozanları aşkar edib. "Vicdansız tərtibatçılar zəhlətökən reklam yaradaraq onları maskalamaq üzrə daha da peşəkarlaşıblar, amma biz belə reklamlardan qorunmaq üçün öz texnologiyamızı yaratmışıq" - "Google"un reklam trafikinin keyfiyyəti üzrə böyük menecer Per Byorke deyib.

Reklam "əlfəcinləri" olan proqram müəlliflərinin hesabları, həmçinin blok edilib. "Google" şirkəti reklamları üzə çıxan pəncərələrdə göstərilmə ehtimalı olan brendlərə kompensasiya ödəməyə söz verib.

Zərərli proqramların çox hissəsi Çin, Hindistan və Sinqapurdan olan tərtibatçılar tərəfindən hazırlanıb. Çinin "Cheetah Mobile" istehsalçısı dəfələrlə qaydanı pozub. "Google" onun 40-dan çox proqramını silib. Reklamlar, bir qayda olaraq, ingilisdilli istifadəçiləri hədəf almışdı.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.