Ən sürətli internet hansı ölkədədir?“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.     “ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, reytinqdə birinci yeri

Ən sürətli internet hansı ölkədədir?“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb. “ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, reytinqdə birinci yeri
24 Fev 2020 09:58

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, reytinqdə birinci yeri Tayvan tutub. Sonrakı yerlərdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka qərarlaşıb.

 

Həmçinin ilk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

 

207 ölkə arasında 53-cü yeri tutan Rusiya Bolqarıstan, Madaqaskar, Rumıniya, Makao və Barbadosdan geri qalıb.

 

Hesabata görə, Rusiyada beş giqabayt yaddaş tutumuna malik videonu yükləmək üçün orta hesabla 45 dəqiqə 51 saniyə tələb olunduğu halda reytinqin qalibi Tayvanda bu göstərici 8 dəqiqə 2 saniyə təşkil edir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.