Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar
21 Fev 2020 15:55

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırmağa nail olublar. İndi onların əsasında işləyən akkumulyatorlar elektrik avtomobilinin mühərrikini enerji ilə doldurmaq üçün kifayət qədər enerji saxlaya bilər. Bu haqda London Universitet Kolleci və Çin Elmlər Akademiyasının alimləri tərəfindən "Nature Energy" jurnalında dərc edilmiş araşdırmada deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, batareyalardan fərqli olaraq, superkondensatorlar çox tez enerji toplayır. Lakin enerjinin boşalması da yüksək sürətlə baş verir. Məsələ ondadır ki, mövcud superkondensatorlar çox aşağı enerji sıxlığına (batareyanın tutumunun təxminən 1/20-i) malikdirlər.

 

Tədqiqatçılar qrafen laminatdan hazırlanmış plyonkadan istifadə edən yeni superkondensator dizaynını təklif ediblər.

 

Nəticədə adi superkondensatorla müqayisədə təxminən 10 dəfə irəliləyiş əldə edilib.

 

Bundan başqa, alimlər bildiriblər ki, yeni material 5000 doldurma və boşalma dövründən sonra uzun xidmət müddətinə malikdir. Yeni superkondensatorlar, həmçinin çox elastikdirlər, onlar 180 dərəcəyədək qatlana bilir.


Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.