ABŞ-da “Dayton Biç” aeroportunda yüngülmotorlu “Cessna” təyyarəsi qəzalı eniş edib.
Həmin anın dəhşətli görüntüləri “Jet Aviation” tərəfindən şirkətin “Facebook” hesabında paylaşılıb.
Bu barədə REN.TV xəbər yayıb.
Pilot alovlara bürünmüş “Cessna”nı saxlaya bilib. Zərərçəkənlər barədə məlumat yoxdur.
Bildirilir ki, problem təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib, ona görə pilot aeroporta geri qayıda bilib.
Hadisənin səbəbləri araşdırılır.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.