Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisində etiraz aksiyası keçirilir.
Armiya.az erməni KİV-ə istinadən xəbər verir ki, etirazçılar Xankəndi küçələrinə çıxaraq, qondarma rejimin istefasını tələb edən şüarlar səsləndiriblər.
Onlar qondarma rejimin “başçısı”, “Fövqəladə Hallar Naziri” və “hərbi hissənin komandiri” Levon Mnatsakyanın istefasını tələb ediblər.
Mediada yayılan məlumatlara görə, polis iğtişaşlara son verməkdən imtina edən etirazçıları həbs edib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.