Xalq artisti qəzəbləndi: “Proxodnoy dvor” televiziyalarımız axmaq müğənniləri efirə çıxarır” - ÖZƏL

Xalq artisti qəzəbləndi: “Proxodnoy dvor” televiziyalarımız axmaq müğənniləri efirə çıxarır” - ÖZƏL
20 Fev 2020 17:57


“Azərbaycanda sənət camiəsi artıq yoxdur. Yalandan iki-üç nəfər ortalıqda oynayır. Mən bunu sənət camiəsi saymıram. 45 ildən çoxdur ki, Azərbaycan mədəniyyətinə xidmət edirəm. Həyatımı yaradıcılığıma, bu sənətə bağlamışam. Bu sənət indi elə bir günə düşüb ki...”

Bu sözləri realpress.az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Rasim Balayev deyib.

Son illər çəkilən filmləri bəyənmədiyini söyləyən sənətkar bu ekran əsərlərini ərsəyə gətirən incəsənət nümayəndələrini tənqid edib: 

“Heç vaxt ağlıma gəlməzdi ki, sənət bu günə qalacaq. Sənət camiəsində baş alıb gedən özbaşınalıqları ürək ağrısı ilə qarşılayıram. Hərə bir yerdə film çəkir. Bizim dövrün ənənələri yox olub. Bu gün incəsənət nümayəndələrinin etdikləri dırnaqarası yeniliklərə göz yuma bilmirəm. Çəkilən filmlərin əksəriyyətinin nə əvvəli, nə sonu var, baş-ayaqdır. Filmi izləyəndə nə demək istədiklərini başa düşmək olmur. Bunlarla barışa bilmirəm. Şeirin, romanın, poemanın, hekayənin, əsərin, filmin bir mənası olmalıdır. Müəllif oxucuya, dinləyiciyə, tamaşaçıya hansısa bir fikri çatdırmalıdır. İki saat bir filmi izləyirsən, amma sona qədər də başa düşə bilmirsən ki, burada nə demək istəyiblər. İzləyib görürsən ki, heç nə yoxdur. Bir sözlə vaxt itkisidir. Güman etmirəm ki, indi elə bir film çəkilsin ki, azərbaycanlı tamaşaçının diqqətini çəksin”. 

R.Balayev sənətdən incidiyini, hətta küsdüyünü belə açıq şəkildə etiraf edib:

“Küskünlüyüm sənətimdən ayrı düşməyimdir. Bütün bunları görəndə adam depressiyaya düşür, ruh düşkünlüyünə qapılır. İstəyirdim ki, bu yaşlı vaxtımda film və seriallarda yaşlı obrazlar yaradım. Amma buna da şükür. Zamanında işlədim. Dünya bir pəncərədir. Hərənin bir baxış bucağı var. İstəməzdim ki, sənəti bu günə salsınlar və bunlara şahidlik edim.

Bu sənətə gələndə heç bir şey məni maraqlandırmırdı. Nə avtomobil, nə villa. Bu saat televizoru açırsan, hərə özünü bir yolla reklam edir. Biri bahalı həyatını, biri də var-dövlətini efirə çıxarır. Sənətləri isə sıfır. Gör bunlar nələrlə fəxr edirlər. Biz mənəviyyat adamı olmuşuq. Yaradıcılıq atmosferi olmayanda insanın işləməyə həvəsi olmur. Bəzi insanlar deyir ki, maşınım, evim, villam olsun, bəsimdir. Düşünürəm ki, bu lazımdır. Amma bundan daha vacib görülən işlər, o işlərlə yaşamaq, zövq almaqdır. Biz başqa cəmiyyətdə, başqa həyat prinsipləri ilə yaşamışıq”.

Xalq artisti opera ifaçısı Yüsif Eyvazovun səsinə, onun böyük sənətinə heyran olduğunu bildirib: 

“Dünyəvi sənətkar Alim Qasımov, Yüsif Eyvazovdur. Yusif Eyvazovun konsertlərini göz yaşı ilə dinləyirəm. Onun səsi Pavarottinin səsindən geri qalmır. Gözəl səsi və sənəti var. Amma əfsuslar olsun ki, onu azərbaycanlı tamaşaçı tanımır. Bundan dəhşətli bir şey yoxdur. Onunla görüşmüşəm, çox sadə insandır. Ümumiyyətlə, sənəti böyük olanlar çox sadə olurlar. Onlar elə bir zirvədədirlər ki, heç nə ilə lovğalanmırlar, çünki mənəviyyat insanlarıdır. Onlar adama qürur verirlər”.

R.Balayev müğənnilərin indi oxuduğu mahnılarla gənc nəslin zövqünün korlandığını bildirib. O, bu məsələdə günahı televiziyalarda gördüyünü deyib:

“Tamaşaçının zövqü körlanıb. Bizimkilər şit, bayağı müğənniləri daha çox tanıyırlar. Bunun ən böyük günahı televiziyalarımızdadır. Televiziya açıq qapıdır. Layiqsizlər televiziyalardadır. Bizim vaxtımızda televiziyalara layiqli insanlar çıxardı. Bu gün televiziyalarımız “proxodnoy dvordur”, “karvansaradır”. Biri pulunun gücünə, biri də bəzilərinin hesabına çıxır. Axmaq mahnılar oxuyurlar. Ən dəhşətlisi isə bu cür yollarla tamaşaçıların zövqünü körlayıblar.

Gənc nəsil axmaq müğənnilərin axmaq mahnılarını dinləyərək zövqlərini körlayır. Onlar artıq ciddi musiqini dinləyə, filmə baxa bilmirlər. Darıxırlar… Onlar istəyirlər ki, boş hır-hır olsun, mənasız və əxlaqdan kənar zarafat, söyüşlərlə dolu filmlər izləsinlər. Bu faciədir! Zövqləri yenidən formalaşdırmaq üçün isə illər lazımdır. Bu da prespektivdə yoxdur”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.