Erməni blogerdən Paşinyana: Rədd olun Qarabağdan...

Erməni blogerdən Paşinyana: Rədd olun Qarabağdan...
20 Fev 2020 14:37

Paşinyan dedi ki, Qarabağ əhalisinin rəyini soruşmadan bu problem həll edilə bilməz.

Realpress.az qaynarinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Vimeo.com saytında erməni bloger Armen Xazaryan öz video-açıqlamasında Paşinyanın Münhen görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Bəs siz Qarabağın azərbaycanlı əhalisinin fikirlərini soruşdunuzmu? İlk dəfə azərbaycanlılara atəş açan və onları qovan da sizsiniz. O zaman onların fikirlərini soruşdunuzmu?" - bloger deyib.

Xazaryan qeyd edib ki, "bu eybəcəri" ancaq bu şəkildə yerində oturtmaq olar.

"Yeri gəlmişkən, hazırda Qarabağda yaşayan ermənilər hansı pasportu daşıyırlar? Onların belə pasportu yoxdur, bəli "qarabağ xanlığı"nın pasportu yoxdur onlarda. Onlarda Ermənistan respublikasının vətəndaşlıq pasportu var. Qarabağın azərbaycanlı əhalisi isə yenə də öz pasportlarını daşıyılar. O zaman azərbaycanlılar Ermənitan pasprotu daşıyanlara deməlidirlər ki, siz - Ermənistan vətəndaşları hansı əsasla bizim ölkədəsiniz, rədd olub öz respublikanıza gedin!

Baxın, o eybəcər Paşinyana bunları demək lazımdır", - bloger vurğulayıb.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.