5G texnologiyası İT bazarının artımına kömək edəcək

5G texnologiyası İT bazarının artımına kömək edəcək
20 Fev 2020 09:20

"International Data Corporation" (IDC) şirkəti 2020-ci il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz dərc edib.

Realpress.az chip.az-a istinadən bildirir ki, 2020-ci ilin yekunları üzrə qlobal İT bazarında xərclərdə 5 faizə yaxın artım gözlənilir. Artıma beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı və kommersiya bazarında müvafiq smartfonlara tələbatın yüksəlməsi kömək edəcək.

Mobil qurğular kateqoriyası nəzərə alınmadan bu il İT sahəsində 4 faiz artım proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici 7 faiz təşkil edib.

Proqram təminatı seqmentində xərclərin artımı ötənilki 10 faizdən 9 faizədək azalacaq. İT servisləri seqmentində bazar həcminin artım tempi isə 4 faizdən 3 faizədək enəcək.

Fərdi kompüterlər bazarında xərclərin 6 faiz azalacağı ehtimal edilir. Ötən il bu istiqamət 7 faizlik artım nümayiş etdirib.

Analitiklərin fikrincə, bu il İT sahəsinə hazırda müşahidə edilən koronavirus epidemiyasının yayılması ümumilikdə mənfi təsir göstərəcək. Xəstəlikdən bu və ya digər seqmentlərin zərər çəkəcəyi proqnozlaşdırılır.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.