II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı
19 Fev 2020 11:57

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin 02-06 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

 

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 04 mart tarixində “Hackathon” müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında müvafiq sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsindən ibarətdir.

 

Qeydiyyat 3-5 iştirakçı olmaqla komandalar şəklində həyata keçirilir. Kibertəhlükəsizlik, *nix, proqramlaşdırma (scripting) üzrə baza biliklərinə malik ali və orta ixtisas təhsili məktəblərinin tələbələri müsabiqədə iştirak üçün müraciət edə bilərlər. İştirakçılar parametrləri tapşırığı yerinə yetirməyə müvafiq olan kompüterlərini özləri ilə gətirməlidirlər.

 

“Hackathon” 12 saat ərzində davam edəcək. İştirakçıların kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə onlara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

 

Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

 

Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyat 29 fevral 2020-ci il saat 23:59-dək davam edəcək.

 

Müsabiqə 4 mart 2020-ci il tarixində Bakı Ali Neft Məktəbinin kampusunda (Səbail rayonu, Yeni Salyan yolu 3-cü km. "25", Bakı, Azərbaycan) keçiriləcək.

 

Qeydiyyat üçün keçid:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSfJwG6OgdHFPzB3b2UBq_F6NAjfOfO53YmGamkhHqf-p0FpnQ/viewform?usp=sf_link

 

Müsabiqənin gündəliyi ilə www.cyberweek.az saytından tanış ola bilərsiniz. Qeydiyyat ilə əlaqədar hər hansı çətinlik yaranarsa, aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:

 

info@cert.az

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.