Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində

Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində
19 Fev 2020 11:53

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı "Hyundai" markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.


29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.