İrəvan Bakıya uduzur: münaqişədə yeni mərhələ başlanır

İrəvan Bakıya uduzur: münaqişədə yeni mərhələ başlanır
17 Fev 2020 15:35

Ermənistanın bəxti gerçəkdən də gətirməyib. Tarixi saxta, yaşamı çətin, durumu məzlum, üstəlik də baş naziri bisavad və idiot.

Bunu mən yox, Ermənistandakı nüfuzlu analitiklər, siyasətçilər və tanınmış jurnalistlər deyirlər.

Almaniyanın Münhen şəhərində keçirilmiş nüfuzlu Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşün formatı maraqlı idi. Bu mükalimə dialoq və ya debat çərçivəsindən çıxan, iki ölkənin rəhbərlərinin ideoloji qarşıdurması idi.

Və İlham Əliyev bu qarşıdurmada Nikol Paşinyanı faktiki olaraq, mənəvi məhvə uğratdı.

"Paşinyan əməllicə ələ salındı və çox zavallı, bisavad, primitiv insan təsiri bağışladı", - Ermənistan mediasındakı şərhlərin leytmotivi belədir.

İlham Əliyevin Ermənistanın baş nazirini mənəvi və psixoloji cəhətdən reqressə uğratdığı sessiyanın moderatoru nə edəcəyini, nə deyəcəyini bilmirdi.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya departamentinin sabiq direktru Selest Uollander moderatorluq etdiyi diskussiyada Dağlıq Qarabağ münaqişəsinin açıq diskussiyasını gözləyirdi.

Lakin Ermənistanın baş nazirinin ingilis dilində hindus miqrantlar səviyyəsində danışdığı bu diskussiyada moderatorla bahəm, zaldakı diplomatlar və tamaşaçılar da anladılar ki, rəsmi İrəvan işğalçılıq siyasətini davam etdirməkdə, aqressiyanı məntiq kimi nümayiş etdirməkdə qərarlıdır.


Nikol Paşinynın dediyinə görə, sən demə, "Azərbaycanın Dağlıq Qarabağla bağlı iddiaları əsassızdır, çünki bu ərazi yalnız Sovetlər Birliyi formalaşanda Azərbaycan sərzədlərinə daxil olunub: sonra isə Azərbaycan SSRİ-dən ayrıldığı kimi, Dağlıq Qarabağ da Azərbaycanın tərkibindən çıxıb".

O, daha sonra BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsindən bəhs etdi. Xatırladım ki, həmin qətnamələr Ermənistandan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir.

N.Paşiyanın məntiqinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə əməl olunmadığından "bu qətnamələrin reallaşdırılması mümkün deyil".

Moderator Selest Uollanderin "Münaqişənin nizamlanması üçün dünya birliyi nə edə bilər?" sualına N.Paşinyanın cavabı da irreal və absurd idi: "Dünya birliyi Azərbaycana anlatmalıdır ki, problemin güc yolu ilə həlli mümkün deyil".

Azərbaycanın dövlət başçısının cavabı isə çox konkretdi: "Dünya birliyi Ermənistana dəqiq anlatmalıdır ki, Dağlıq Qarabağ onun ərazisi və ya müstəqil dövlət yox, qanunsuz məkandır".

Ermənistanın baş nazirinin arqumentləri absurd təsir bağışlayırdı. Məsələn, N.Paşinyan iddia etdiyi ki, rəsmi Bakı qarabağlı erməniləri münaqişə tərəfi kimi tanımır və onlarla danışıqlar aparmaq istəmir. Sən demə, qarabağlı ermənilərin təmsilçiləri danışıqlar prosesinə cəlb olunmayınca problemi çözmək mümkün deyilmiş.

Belə deyil.

Əvvəla, Bakı qarabağlı ermənilərlə danışıqlar apara bilər. Amma bir şərtlə: Ermənistan bu separatçı strukturun maliyyələşdirilməsini dayandırmalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam çıxarmılıdır. Yalnız belə olarsa qarabağlı ermənilərlə danışıqlar üçün arqumentlər yarana bilər.

Əks təqdirdə, qarabağlı ermənilər heç bir halda və şərtlərlə danışıqlar prosesinə buraxılmayacaqlar.

N.Paşinyan daha sonra bəyan edib: "Bu münaqişəni bir-iki addıma həll etmək mümkün deyil. Bizə mini-inqilab, sıçrayış gərəkdir".

Və o, yenə də "Ermənistan və Dağlıq Qarabağ" ifadələrini işlədib.

Ermənistanın baş naziri hansı "mini-inqilab" zərurətindən bəhs edir ki, oğlunu Dağlıq Qarabağa hərbi xidmətə yollayıb və bununla da Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində kontingent formatında hissələr yerləşdirdiyini etiraf edib?!

"Sıçrayış" arzulayan Ermənistan işğalçılıqla terroru dövlət siyasəti səviyyəsinə qaldırıbsa, xarici siyasətində ifrat radikallıq "danışıqlara meyllilik" kimi qələmə verilirsə - İrəvandan hansısa məntiqi davranış gözləmək əbəsdir.

Münhen konfransına gəldikdə isə, oradakı Azərbaycan və Ermənistanın rəhbərləri arasında ilk publik debatlar baş tutdu. Üstəlik, Münhen konfransının tarixində ilk dəfə olaraq Azərbaycanla Ermənistanın rəhbərləri üzbəüz idilər.

Dağlıq Qarabağ, daha doğrusu, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel diskussiyası geniş rezonans doğurub. Mediada yer alan məlumatların birmənalı leytmotivi belədir: Azərbaycan prezidenti 45 dəqiqə ərzində Ermənistanın baş nazirini faktlar, arqumentlər və məntiqlə məğlub etdi.

Nikol Paşinyanın çıxışı, moderatorun suallarına cavabı və xüsusilə də velosiped ixtiraçısı pozası alaraq hansısa "mikroinqilab"dan bəhs etməsi çox acınacaqlı təsir bağışlayırdı.

Ermənistan baş nazirinin ritorikası və ağı qara kimi qələmə vermək istəyi bir daha göstərdi ki, Azərbaycan ərazilərinin 20 faizi erməni işğalında olsa da, İrəvan savaşı uduzub və ermənilər məğlub durumdadır.

Münhen konfransı kimin kim olduğunu göstərdi həm də. Ermənistanın baş naziri N.Paşinyan sərsəmləyəndə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov istehza ilə gülümsəyirdi. Məsələ heç də Paşinyanın güya çaşaraq, "dil sürüşməsi" edərək "Qarabağ əzəli Azərbaycan ərazisidir" deməsində deyil. Psixoanalitikanın təməl qaydalarına görə, insan şüurunda gerçək, danılmaz həqiqət saydığını məhz "dil sürüşməsi" zamanı söyləyir.


Münhen konfransı gerçəkdən də kimin kim olduğunu, kimin şərtləri diqtə etdiyini, kimin də uduzduğunu əyan etdi.

Eyni zamanda Münhen konfransı Dağlıq Qarabağ ermənilərinin "seçki", "müstəqillik", "referendum"la bağlı iddialarının da tam əsassız və absurd olduğunu dünya birliyinə bir daha nümayiş etdirdi.

Dağlıq Qarabağ və erməni işğalında olan digər Azərbaycan ərazilərindən azərbaycanlı əhalinin bütünlüklə, total şəkildə etnik təmizləmələrə məruz qalması, qovulması faktdır. Demokratiyadan bəhs ediriksə, onun kanonlarına və təməl prinsiplərinə görə, münaqişə zonasında referendum və ya hər hansı formada başqa səsvermə keçirilərsə, həmin bölgənin azərbaycanlı sakinlərinin iştirakı mütləqdir.

Belədirsə, ermənilər hansı "demokratiya"dan, hansı "seçkilər"dən danışırlar?

Ermənistan münaqişədə məğlub olur. Bunu ermənilər də anlayırlar - Nikol Paşinyanın isterikası sadəcə, reallıqların növbəti isbatıdır.


19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.