Bakı Polisindən “Ekologiya postu”nun sökülməsi ilə bağlı AÇIQLAMA

Bakı Polisindən “Ekologiya postu”nun sökülməsi ilə bağlı AÇIQLAMA
17 Fev 2020 13:07


Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Ekoloji Nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünə məxsus binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev realpress.az-a açıqlamasında deyib ki, Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdiriləcək:

“Postun bir hissəsi yolun təmir olunan hissəsinə düşdüyü üçün “Ekologiya postu”nun yerinin dəyişdirilməsi nəzərdə tutulur. Yeni postun dəqiq nə vaxt və nə qədər kənara çəkilməsi barədə tam məlumatım yoxdur”.

“Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa ediləcək və təzə avadanlıqlar quraşdırılacaq. Burada işlər mərhələli şəkildə aparılacaq. Yeni postun bir hissəsi tikilən zaman digər postdakı avadanlıqlar oraya köçürüləcək. Daha sonra isə köhnə “Ekologiya postu” söküləcək”, -deyə K.Əliyev bildirib.


24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.