Badamdarda torpaq uçqununun SƏBƏBİ AÇIQLANDI

Badamdarda torpaq uçqununun SƏBƏBİ AÇIQLANDI
17 Fev 2020 11:43

Fevralın 16-da axşam Badamdar qəsəbəsində baş verən hadisə sürüşmə deyil, uçqundur.

Realpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.

Onun sözlərinə görə, bu gün səhər əraziyə baxış keçirib: "Hadisə nəticəsində eni 20 metr olan torpaq kütləsi yamacdan qoparaq yolun üzərinə tökülüb. Hadisə antropogen amillər nəticəsində baş verib".

S. Əmiraslanov deyib ki, həmin ərazidə 3 yaşayış evi yerləşir: "Torpaq kütləsi bu evlərdən birinə, ümumiyyətlə, çatmayıb, ikinci evə dirənib. Yalnız bir evin divarlarında deformasiyalar əmələ gəlib".

Qeyd edək ki, fevralın 16-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, ev 179 C ünvanında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 1 ev zədələnib. Sürüşmədən yaranan torpaq qatı yolu kəsib.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.