Konditer Ben Kallen 35 saat dayanmadan işləyərək Konor Makqreqor formasında tort hazırlayıb.
“Daily Star” xəbər verir ki, tortun üzərində hətta UFC döyüşçüsünün döymələri də təsvir olunub.
Qeyd etmək lazımdır ki, tortun hündürlüyü 73 santimetr təşkil edir.
“Konor Makqreqor bir çox insanı ilhamlandırır. Mən onu çox istəyirəm. Düşünürəm ki, o zarafatları xoşlayır”, - deyə B.Kallen qeyd edib.
Onu da əlavə etmək lazımdır ki, bu şirniyyat keçmiş döymə ustasına məşhurluq gətirib.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.