Xəzər dənizinə tökülən çay bağlana bilər

Xəzər dənizinə tökülən çay bağlana bilər
15 Fev 2020 12:37

"İranda suyu Xəzər dənizinə tökülən Sefidrud çayının dənizə girişi bağlana bilər".

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xəzər dənizinin sahilyanı ərazilərin ətraf mühitinə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan IRNA-ya açıqlamasında deyib.

H.Xoşrəvanın sözlərinə görə, hazırda Sefidrud çayının deltasında problemlər yaranıb və çöküntülər çayın axınının qarşısını ala bilər.

Xoşrəvan əlavə edib ki, çöküntü prosesi bu formada davam edərsə və çayın aktiv dinamikası düzgün idarə olunmazsa, çayın dənizə birləşən hissəsi 5 ilədək bağlanacaq və bununla faciə baş verə bilər:

"Çünki bu çay Xəzər dənizinin cənub sahillərində ən böyük çaylardan biridir və 720 km uzunluğundadır. Çayın deltasında sahilin uzunluğu 110 kilometrdir və 3,6 min kvadrat-kilometr ərazini əhatə edir. Həmçinin çayın dənizə tökülən suyu orta hesabla ildə 3,8 milyon kubmetrdir və Xəzər dənizinin çöküntülərinin 40-dən çoxu Sefidrud çayı vasitəsi ilə təmin olunur".

Xoşrəvanın sözlərinə görə, ilk növbədə Məncil su bəndində çöküntülərin Sefidrud çayına birləşən çaylara boşaldılması əməliyyatı həyata keçirilməlidir. Sonrakı mərhələdə çayın Xəzərə tökülən hissəsi çöküntülərdən təmizlənməlidir.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.