Bu bitki olan evdə güvə, gənə, bit, birə olmur

Bu bitki olan evdə güvə, gənə, bit, birə olmur
15 Fev 2020 10:44

Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib.

Yarpaqlarında çoxlu miqdarda efir yağları var. Gülü, yarpaqları və kökü çox xeyirlidir.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.

 

Ətirşah qulaq iltihabı, loringit, qan dövranının stimullaşdırılması, ürək ritmi və ürək əzələlərinin işinin tənzimlənməsi, başağrısı zamanı çox faydalıdır. Ürəyin üzərinə ətirşah yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümkündür. Yarpaqlarından hazırlanan məlhəm zökəm, öskürək, angina və soyuqdəymənin müalicəsində gözəl vasitə sayılır.

Efir yağı buraxdığına görə otaq şəraitində saxlanılması xoş aura yaradır. Otağın havasını tənzimləyir, oksigen və efir yağı istehsal edir. Onun yarpaqlarının dəmlənilməsi ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

Təkcə yarpağı deyil, çiçəyi də bir sıra xəstəliklər zamanı müalicəvi təsir göstərir. Onun çiçəyindən alınan yağ ağardıcı və tonuslandırıcı təsirə malikdir. Bütün dəri növlərinə çox yaxşı təsir göstərir, üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Yerləşdiyi mühitin havasını mikroblardan təmizləmək xüsusiyyətinə malikdir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.