Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib

Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib
14 Fev 2020 16:28

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin analoji dövrü ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faizi İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2 faiz), Küveyt (73,3 faiz), Bəhreyn (69,8 faiz), Malayziya (62,5 faiz), Çin (54,0 faiz), Macarıstan (42,9 faiz), Belarus (29,5 faiz), Moldova (28,6 faiz), Yaponiya (26,6 faiz), İran (26,4 faiz), Cənubi Koreya (21,7 faiz), Ukrayna (21,1 faiz), Rusiya Federasiyası (20,4 faiz), Qazaxıstan (19,6 faiz) və Pakistan (15,3 faiz) vətəndaşları arasında qeydə alınıb.

2020-ci ilin yanvar ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,4 faiz artaraq 80,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 1,0 faiz artaraq 5,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,1 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.