Azərbaycan vətəndaşlarına Rusiya pasportu verilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə Miqrasiya İdarəsinin iclasında bildirilib.
Məlumata görə, Azərbaycan, Ukrayna, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan 19 nəfər çoxdan gözlədikləri Rusiya vətəndaşlığına sahib olublar.
Miqrasiya İdarəsinin rəis müavini həmin şəxsləri bu münasibətlə təbrik edib.
Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar.
Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.