Salyan rayonunda 36 ildir asılan açarın maraqlı tarixçəsi var.
Baku TV xəbər verir ki, şaquli paralel beton dirəklər arasında asılı qalmasına baxmayaraq, açarın nəyin rəmzi olduğunun fərqinə varan olmayıb.
Açar rayonda avtovağzal binası tikilən vaxtdan quraşdırılıb. Alüminium və digər əlvan metalların qarışığından hazırlanan və çəkisi 100 kiloqrama yaxın olan bu açar Bakıda sifarişlə hazırlanıb.
Açar cənub qapısın girişini simvolizə edir.
Açar uzun illərdir qorunub saxlanılır.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.