ÜST açıqladı: Dünya əhalisinin üçdə ikisinin həyatı təhlükədədir

ÜST açıqladı: Dünya əhalisinin üçdə ikisinin həyatı təhlükədədir
14 Fev 2020 12:39


Dünya əhalisinin üçdə ikisi “COVID-19” koronavirusuna yoluxa bilər.

“Bloomberg”in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müşaviri, biostatist və epidemioloq Ayra Loncini bəyan edib.

Ekspert Çində infeksiyanın yayılma dinamikasını izləyib. O, belə qərara gəlib ki, Çin hökuməti karantin elan edənə qədər virus artıq ölkə sərhədindən kənara çıxmışdı.

Loncininin hesablamalarına görə, “COVID-19” bir xəstədən iki-üç sağlam insana keçə bilər.

Bundan başqa, ekspress-testlərin olmaması da yoluxmanın yayılmasına səbəb olur.

“Təcrid və karantin virusu dayandıra bilməyəcək”, - deyə o vurğulayıb.

Fevralın 13-nə olan məlumata görə, koronavirusa yoluxanların sayı 50 minə çatıb. Ölənlərin sayının isə 1310 nəfər olduğu bildirilir.

20 Fev 2020
Dünya

Erməni politoloq: Münhen diskussiyaları Paşinyanın savadsızılığı ortaya qoydu

Münhen diskussiyaları zamanı Nikol Paşinyanın hələ də çox məsələlər üzrə biliyinin çatmadığını və üzərində daha çox işləməsinə ehtiyac olduğuna şahidlik etdik.

20 Fev 2020
Dünya

Türkiyə qoşunları İdlibə hücuma keçdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində genişmiqyaslı əməliyyatlara başlayıb.

20 Fev 2020
Dünya

Zelenski Çindən təxliyyə olunan vətəndaşları Ukraynaya buraxmaq istəməyənləri qınadı

Zelenski Çindən təxliyyə olunan vətəndaşları Ukraynaya buraxmaq istəməyənləri qınadı

20 Fev 2020
Dünya

Erməni blogerdən Paşinyana: Rədd olun Qarabağdan...

Paşinyan dedi ki, Qarabağ əhalisinin rəyini soruşmadan bu problem həll edilə bilməz.