Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Tədbirlər Planı məşğulluq sahəsində növbəti ciddi irəliləyişlərə imkan yaradır

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Tədbirlər Planı məşğulluq sahəsində növbəti ciddi irəliləyişlərə imkan yaradır
14 Fev 2020 09:42

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Tədbirlər Planı məşğulluq sahəsində növbəti ciddi irəliləyişlərə imkan yaradır.

Realpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması da yer alıb.

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və "DOST" mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin "Məşğulluq" altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

2020-2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.

İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.

Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların "ABAD" mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.


13 İyul 2020
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVİD-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

12 İyul 2020
Siyasət

Kamaləddin Qafarov: Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib

Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz beynəlxalq həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirilməlidir.

11 İyul 2020
Siyasət

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO

1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa iki qız övladı ilə birlikdə əvvəl Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində məskunlaşmışdır. Heç bir şəraiti olmayan, bir sözlə yaşayış üçün yararsız evdə qalan şəhidin oğlu İlqar Rassoxa, onun üç və 10 yaşında qız övladları uzun müddət idi ki, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşmişdilər.

11 İyul 2020
Siyasət

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

11 İyul 2020
Siyasət

Prezidentdən Cahangir Əsgərovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Cahangir Əsgərovun təltif edilməsi haqqında sərəncam imzalayıb.