MSK sədri seçkidəki pozuntulardan danışdı: "Deyilir ki, kamera çəkir və hələ bir az da..."

MSK sədri seçkidəki pozuntulardan danışdı: "Deyilir ki, kamera çəkir və hələ bir az da..."
14 Fev 2020 08:58

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə təəccüblə qarşılaşdığı pozuntuları açıqlayıb.

Realpress.az "Report"a istinadla xəbər verir ki, MSK sədri bəzi seçki komissiya üzvlərinin hərəkətlərinin onda təəccüb doğurduğunu bildirib.

"Bu seçkilərdə başa düşmədiyim hal olub. Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır - nə üçün edir?

Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub. Çünki seçki prosesində istənilən xoşagəlməyən hal biz istəsək də, istəməsək də Azərbaycanın ünvanına yazılır. Təəccüb doğuran odur ki, doğrudan da belə insanlar var. Onlar istəyir ki, Azərbaycanın ünvanına öz hesabına neqativ bir xal əlavə eləsin.

Mən belə pozuntuları görürdüm. Bunlar məntiqi olmayan pozuntulardır. Bu, Azərbaycana xidmət edən məntiq deyil. Buna ancaq Azərbaycandan kənara xidmət edən məntiq kimi izah tapmaq mümkündür. Burada söhbət daxildə nədənsə razı və ya narazı olmaqdan getmir. Dünyanın hər yerində insanlar nədənsə razı, nədənsə də narazıdır. Bu, adi haldır və insan həmişə hər şeydən razı olmur", - deyə MSK sədri qeyd edib.


24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.