Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi

Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi
13 Fev 2020 17:06

80 saylı İmişli-Beyleqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, müraciətdə qeyd olunub ki, bəzi seçki məmtəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesabıanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.


10 Avq 2020
Cəmiyyət

Peşə təhsili üzrə qəbul planına 8 260 yer ayrılıb

2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul planına 8 260 yer ayrılıb.

10 Avq 2020
Cəmiyyət

Ceyhun Bayramov XİN rəhbəri kimi ilk xarici səfərinə gedir

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyəyə rəsmi səfər edəcək.

10 Avq 2020
Cəmiyyət

Bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

2020-2021-ci tədris ili üçün peşə təhsili müəssisələrinə sənəd qəbulu 10-24 avqust tarixlərində aparılacaq.

10 Avq 2020
Cəmiyyət

Aynişan həyat yoldaşından ayrılıb?

Müğənni, bloqer Aynişan Quliyeva və həyat yoldaşı Kənan Əliyev bir-birini “Instagram”da izləmədən çıxarıb.