Rusiya və yapon alimləri qrafendən əbədi SSD daşıyıcılar hazırlayıblar

Rusiya və yapon alimləri qrafendən əbədi SSD daşıyıcılar hazırlayıblar
28 Yan 2020 16:24

Rusiyanın "MİSiS" Milli Elmi Tədqiqat Texnologiya Universiteti və Yaponiyanın Milli Kvant Elmləri və Radiologiya İnstitutunun mütəxəssisləri sərtgövdəli disk və fləş daşıyıcıların tutumunu xeyli artırmağa imkan verən material hazırlayıblar. Bundan başqa, sözügedən material belə daşıyıcıların əsas problemini (yenidən yazma limiti) aradan qaldıracaq.


“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu gün fləş kart və ya kənar sərt disk kimi ənənəvi məlumat saxlama qurğuları informasiyanın elektrik cərəyanının köməyi ilə ötürülməsi metoduna əsaslanır. Bu halda istifadəçilər vaxtaşırı aşağıdakı problemlərlə üzləşirlər: fayl düzgün yazılmaya, kompüter fləş kartı "tanımaya" bilər və böyük həcmli informasiyanın yazılması üçün kifayət qədər böyük tutumlu daşıyıcılar tələb olunur. Spintronika elektronikaya perspektivli alternativ hesab edilir, informasiyanın daşınmasının idarəetməsi yalnız elektron yükün köməyi ilə deyil, həmçinin spin cərəyanının köməyi ilə reallaşır.


Rus və yapon alimləri tərəfindən hazırlanmış material informasiyanın sıxlığının artırılması yolu ilə maqnit yaddaşının tutumunu xeyli artırmaq imkanına malikdir. Alimlər yeni materialın hazırlanmasında qrafendən istifadə ediblər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.