İranda koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

İranda koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı
28 Yan 2020 15:21

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanaya yatırılıb.

Realpress.az-in Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanaya yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusa yoluxmadıqları müəyyənləşib.

Nazirin sözlərinə görə, indiyədək İranda koronavirusla əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.