Koronavirusdan necə qorunmaq olar? - ƏLAMƏTLƏRİ NƏDİR?

Koronavirusdan necə qorunmaq olar? - ƏLAMƏTLƏRİ NƏDİR?
28 Yan 2020 13:31

Virusun ilk dəfə Çinin 11 milyonluq Vuhan şəhərində dəniz məhsulları bazarında heyvandan insan keçdiyi iddia edilir.

Realpress.az xəbər verir ki, heyvandan insana keçən bu xəstələyin daha sonra tənəffüs yolu ilə insandan insana da keçdiyi məlum oldu.

Əlamətləri:

 

- Burun axmağı, baş ağrısı, öskürək, boğaz ağrısı, qızdırma, nəfəs darlığı və tənəffüs zamanı çətinlik.

Hazırda xəstəliyi müalicə edən heç bir dərman və ya peyvənd tapılmayıb. Sadəcə simptomların qarşısını almaq üçün müalicələr aparılır.

Xəstəliyə yoluxmamaq üçün bəzi profilaktik tədbirlər köməyinizə çata bilər:

- tənəffüs yolları xəstəliyi olan insanlarla ünsiyyətdən qaçın,

- əllərinizi hər dəfə 20 saniyədən az olmamaqla sabunla tez-tez yuyun və dezinfeksiyaedici məhlullarla silin,

- fermada və ya təbiətdə heyvanlarla birbaşa təmasdan qorunun,

- öskürərkən və ya asqırarkən kağız salfetlə ağzınızı və burnunuzu tutun, ətrafınızdakılardan da bunu tələb edin.

Yüngül soyuqdəyməniz varsa, evdən bayıra çıxmayın, çoxlu maye için, bacardığınız qədər yatın. Boğaz ağrısı və öskürəyiniz varsa, isti duş sizi az da olsa, rahatlaşdıracaq.

Qeyd edək ki, ev heyvanlarının da koronavirusa yoluxmaq təhlükəsi var.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.