Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb

Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb
28 Yan 2020 13:20

AMEA-da "Elmi kadrlar" Milli İnformasiya Sistemi yaradılıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, "Elmi kadrlar" Milli İnformasiya Sistemi ölkə Prezidentinin "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb.

R.Əliquliyev qeyd edib ki, 2019-cu ilin martından başlayaraq, bu işin elektronlaşdırılması həyata keçirilib və ötən ilin oktyabr ayında layihə Rəyasət Heyətinə təqdim olunub:

"Bu sistem institunun saytında yerləşdirilib. Həmin sistemin bir hissəsi AMEA-nın saytında yerləşdiriləcək. Bu sistem vasitəsilə elmi işçilər özləri haqqında müxtəlif istiqamətlər üzrə suallara cavab verəcəklər. Ancaq sistemdə bütün elmi işçilər haqqında deyil, elmi fəaliyyət ilə məşğul olan kadrlar haqqında məlumat olacaq. Sistemdə fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev qeyd edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyatı qurumlar faydalana biləcək.

R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.