Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb (FOTO)

Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb (FOTO)
28 Yan 2020 11:01

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizədədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına əsasən, K.Qafarov rayonun 7-ci Binəqədi küçəsindəki 3205-ci məhəllənin və Ə.Ağayev küçəsinin sakinləri - Ə. Mahmudov, V. Məlikov, X. Amaşov, A. Cəfərov və başqalarının dəvəti ilə 6-cı mikrorayonda seçicilərlə görüş keçirmişdir.

Görüşün əvvəlində Kamaləddin Qafarov ölkədəki iqtisadi-siyasi vəziyyət, mövcud sosial durum, 2020-ci il Dövlət Büdcəsinin əsas parametrləri haqqında seçicilərə ətraflı məlumat vermişdir. O, bir çox sahələri əhatə edən islahatların Azərbaycanın yaxın illərdəki inkişafının əsas təkanverici qüvvəsinə çevriləcəyini xüsusi vurğulamışdır.

Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın neqativ hallara qarşı mübarizəsini ürəkdən bəyəndiklərini bildirən seçicilər ölkəmizin irəliyə inkişafını əngəlləyən məmurların hələ də mövcud olduğunu bildirmişlər. Məhz bu tipli məmurların onların yaşadıqları məhəllənin mərkəzindəki su anbarının və ətrafda olan abad parkın yerində çoxmərtəbəli yaşayış binası tikmək niyyəti sakinlərdə ciddi narahatlıq doğurmuşdur. Məhəllə sakinlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin etirazlarına baxmayaraq, həmin şəxslər məhkəmə yolu ilə məhəllənin infrastrukturunu qanunsuz olaraq dəyişərək, orada çoxmərtəbəli yaşayış evi tikmək istəyirlər. 8 dəfə məhkəmə iclası olmasına baxmayaraq, hələ də çəkişməyə aydınlıq gəlməmişdir.

K.Qafarov seçiciləri dinlədikdən sonra özünün seçki qərargahının səlahiyyətli nümayəndələrinə məsələni qısa müddətdə araşdırılıb, əldə edilən nəticələr üzrə qanuni tədbirlər görülməsi ilə bağlı konkret tapşırıqlar vermiş, nəticə barədə məhəllə sakinlərini və müvafiq strukturları xəbərdar etməyi tapşırmışdır. Məsələ deputatlığa namizədin nəzarətinə götürülmüşdür.

Bundan əlavə, Ə.Ağayev küçəsindəki 120 saylı binanın sakinləri evin arxa hissəsində olan boş ərazidə mini stadion və ya sadə idman qurğularının quraşdırılması ilə bağlı qaldırılmış məsələnin həll olunmasında da K.Qafarovdan kömək istəmişlər. VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizəd Kamaləddin Qafarov bu məsələni qısa müddətdə Binəqədi Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların qarşısında qaldıracağını və onun müsbət həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Görüş zamanı çıxış edən seçicilər ölkəmizdə keçirilən köklü islahatları ürəkdən dəstəklədiklərini bildirmiş, qarşıdakı nəhəng quruculuq işlərində dövlətin, ölkə Prezidenti İlham Əliyevin yanında yer alacaqlarını birmənalı şəkildə vurğulamışlar.

Seçicilər dəvətlərini qəbul edib gəldiyi üçün Kamaləddin Qafarova dərin minnətdarlıqlarını bildirmiş və fevralın 9-da ceçki prosesində layiqli namizədə səs verəcəklərini bəyan etmişlər.


Realpress.az


28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.