“Facebook Messenger”də sifətin tanınması sistemi əlavə ediləcək

“Facebook Messenger”də sifətin tanınması sistemi əlavə ediləcək
27 Yan 2020 12:55

“Facebook” şirkəti “Messenger” əlavəsinə sifətin tanınması sistemini əlavə etməklə istifadəçi yazışmalarına qanunsuz müdaxilələrdən yeni mühafizə səviyyəsi təqdim etməyi planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab ” resursuna istinadən yazır ki, funksiyanın ilkin versiyasını “Facebook Messenger” əlavəsində Honkonqun təhlükəsizlik üzrə tədqiqatçısı Mançun Von aşkarlayıb. Onun sözlərinə görə, funksiya “WhatsApp” messencerindəki biometrik mühafizə sistemləri kimi işləyir.

 

Bildirilir ki, istifadəçilər sifətə görə autentifikasiyanı aktivləşdirə və bloklanmanın işədüşmə vaxtını (Facebook Messenger-i tərk etdikdən 1 dəqiqə, 15 dəqiqə və ya 1 saat sonra) seçə bilərlər.

 

Funksiyanın təsvirində qeyd olunur ki, sifətin tanınması funksiyası işə salınmış vəziyyətdə olan zaman istifadəçilər əlavəni blokdan çıxarmaq üçün “Face ID” skanerindən istifadə etməlidirlər. Onlar əlavə bloklanmış vəziyyətdə olanda da bildiriş məlumatlarını oxuya və zəngləri cavablandıra biləcəklər. “Face ID” skaneri “Facebook”da ötürülmür və saxlanılmır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.