“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb

“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb
27 Yan 2020 09:53

"Kasperski laboratoriyası" antivirus şirkəti 2019-cu ildə "macOS" əməliyyat sisteminin istifadəçiləri arasında ən çox yayılan təhlükəni açıqlayıb. O, dünyada hər onuncu "Apple" kompüterini yoluxduran "Shlayer" reklam troyanıdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, ötən ilin yekunları üzrə "macOS" qurğularına hücumların 29 faizi "Shlayer" virusunun payına düşüb. Onun ən çox qurbanları ABŞ (31 faiz), Almaniya (14 faiz), eləcə də Fransa və İngiltərə (hərəyə 10 faiz) istifadəçiləri olub.

 

Zərərli proqram təminatı "Wikipedia" və "YouTube" kimi çoxmilyonluq auditoriyaya malik minlərlə qanuni saytlar vasitəsilə yayılıb. Böyük onlayn ensiklopediyada zərərli sayt ünvanına keçid məqalələr arasında qeydlərdə, "YouTube"da isə videonun təsvirində gizlənib.

 

İstifadəçi zərərli sayt ünvanına keçid etdikdən və saxta əlavəni (məsələn, Adobe Flash Player üçün yenilənmə şəklində) quraşdırdıqdan sonra onun kompüterinə "Shlayer" virusunun növlərindən biri yüklənir. O, öz növbəsində brauzeri reklamla doldurur, eləcə də axtarış nəticələrini saxtalaşdıran müxtəlif proqramları quraşdırır.

 

Bildirilir ki, zərərli proqram təminatının ilk nümunələri mütəxəssislər tərəfindən 2018-ci ilin fevralında aşkarlanıb. "Shlayer" virusu ilk dəfə aşkar edildikdən sonra ötən müddət ərzində onun iş alqoritmi dəyişməz qalıb, aktivliyi isə azalmayıb: hazırda "Shlayer" viruslarının sayı onun aşkarlandığı ilk aylardakı kimi eyni səviyyədədir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.