“Huawei” koronavirusa görə tərtibatçılar üçün konfransı təxirə salıb

“Huawei” koronavirusa görə tərtibatçılar üçün konfransı təxirə salıb
24 Yan 2020 16:50

"Huawei" şirkəti fevralın 11-12-də mənzil-qərargahının yerləşdiyi Şençjen şəhərində keçiriləcək proqram tərtibatçıları üçün konfransı təxirə salıb. Rəhbərlik bu qərarı Uhan şəhərində "2019-nCoV" koronavirusunun səbəb olduğu pnevmaniyanın yayılması ilə əlaqədar qəbul edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, məlumata görə, konfransın martın 27-28-də keçirilməsi planlaşdırılır. Lakin tədbirin təhlükəli virusun daha da yayılacağı təqdirdə yenidən ertələnəcəyi istisna edilmir. Çinin digər iri şirkətlərinin də böyük tədbirlərin keçirilməsi ilə bağlı planlara düzəlişlər edəcəyi gözlənilir.

 

Xatırladaq ki, yanvarın 21-də Çin hakimiyyəti yeni "2019-nCoV" koronavirusunun ilk dəfə aşkarlandığı Uhan şəhərinə girişi bağlayıb. Şəhərdən aviareyslər, qatar və avtobusların yola salınması, eləcə də nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Karantinin nə vaxt ləğv ediləcəyi məlum deyil.

 

Hazırda Çində yeni tip koronavirusa yoluxanların sayı 570 nəfəri ötüb. Onların 17 nəfəri vəfat edib. Koronavirus Tailand (3 nəfər), Koreya Respublikası, ABŞ və Yaponiya (hərəyə bir xəstə) kimi ölkələrdə də aşkarlanıb.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.